Gündəm 27.10.2025

Rusiyaya gözlənilməz ölkədən şok təhdid: Xəritədən silərik

Rusiyaya gözlənilməz ölkədən şok təhdid: Xəritədən silərik
Flaman mətbuatına açıqlama verən Belçika müdafiə naziri Francken, "Rusiya prezidenti Vladimir Putinin Brüsseli hədəf alacağından narahatlıq keçirirsinizmi?" sualına qəti şəkildə "Xeyr" cavabını verib. Francken Brüsselin NATO-nun mərkəzi olduğunu vurğulayaraq, Rusiyanın belə bir hücum cəhdinin "intihar" ilə nəticələnəcəyini bildirib.

Moskva Brüsselə Raket Atsa Onu Xəritədən Silərik

Francken NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddəsinə də toxunub.

ABŞ prezidenti Donald Trampın dövrünə istinad edərək, "Tramp alyansın 5-ci maddəsini qətiyyətlə işə salar. Avropada Amerika administrasiyasına qarşı böyük qərəzlər var, lakin o, niyə hörmət etməsin ki?" ifadələrini işlədib.

Francken, Trampın müttəfiqlərinə "yüz faiz dəstək verəcəyini" dəfələrlə bəyan etdiyini xatırladıb. Buna görə də, Rusiyanın Brüsselə hücum etməyə cəsarət edə bilməyəcəyini bildirib.

Rusiya və Çin Birgə Hücum Cəhdində Buluna Bilər

Belçika müdafiə naziri Francken, gələcəkdə Rusiya və Çinin Qərbə qarşı birgə hərbi addım atma ehtimalını qeyd edib. Belə bir ssenarinin mümkün olduğunu deyən Francken, Çinin Ukraynadakı müharibənin uzanmasından məmnun olduğunu da bildirib.

"Çin Qərbi zəiflətmək üçün Ukraynadakı müharibənin davam etməsini istəyir. Nəticədə Tayvanı yenidən özünə birləşdirməyə çalışacaq. Buna görə də ABŞ diqqətini sürətlə Sakit okean regionuna yönəltmək istəyir."

Avropada 600 F-35 Olacaq, Rusiya Onlardan Çəkinir

Francken, Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalını "aşağı" qiymətləndirib. Bunun ən böyük səbəbinin bu ölkələrin NATO üzvü olması olduğunu söyləyib.

"Yaxın zamanda Avropa boyu 600 ədəd F-35 qırıcı təyyarəsi yerləşdiriləcək. Ruslar bu təyyarələrdən ehtiyat edirlər, çünki onları aşkar edə bilmirlər."

Franckenin bu açıqlamaları Avropada alyans-Rusiya gərginliyini yenidən gündəmə gətirib. Franckenin "xəritədən silərik" çıxışı, xüsusilə Rusiya mediasında geniş əks-səda doğurub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz