İdman 27.10.2025

Hakimlərlə yanaşı futbolçular da bahislərdə iştirak edir

Hakimlərlə yanaşı futbolçular da bahislərdə iştirak edir

Türk futbolunda bahis şoku: Hakimlər və oyunçular istintaqda

Türk futbolu yeni bir bahis qalmaqalı ilə sarsılır. Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlunun "Peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimin 371-nin bahis hesabı var. Onlardan 152-si aktiv olaraq bahis oynayır" açıqlaması ölkə gündəmini zəbt edib. Klublar dərhal məsələnin araşdırılmasını və adların açıqlanmasını tələb ediblər.

Yeni iddialar: Futbolçular və qapıçılar da bahisdə ittiham olunur

İbrahim Hacıosmanoğlunun bəzi hakimlərin bahis oynadığına dair bəyanatından sonra yeni iddialar ortaya atılıb. Jurnalist Murat Ağırel sosial media hesabında təkcə hakimlərin deyil, futbolçuların və qapıçıların da bahis oynadığını iddia edib.

Murat Ağırelin paylaşımında deyilir:

"Türkiyə Futbol Federasiyası (TFF) bu ilin aprel ayında prokurorluğa müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını istəyib. Daha sonra Antalya Cümhuriyyət Baş Prokurorluğuna 11 hakim fərdi şəkildə müraciət edib. Ötən həftə isə bu dosyalar birləşdirilərək İstanbul Cümhuriyyət Baş Prokurorluğuna göndərilib.

Bahis istintaqı genişlənir: TFF və 12 şikayətçi

Hazırda İstanbul Baş Prokurorluğundakı dosyada TFF də daxil olmaqla 12 ayrı şikayətçi var. Prokurorluq bütün tərəflər baxımından dosyayı dərindən araşdırır.

TFF rəhbərinin "371 hakimin bahis hesabı var, 152-sinin isə aktiv olaraq bahis oynadığı müəyyən edilib" açıqlaması doğrudur. Və bu, hələ başlanğıcdır. Bahis oynayan aktiv qapıçılar, futbolçular var. Bu istintaq böyüyərək davam edəcək."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz