Dünya 25.10.2025

SON DƏQİQƏ: Böyük İsrail layihəsi çökdü, Türkiyəyə dair şok iddia

SON DƏQİQƏ: Böyük İsrail layihəsi çökdü, Türkiyəyə dair şok iddia

Stiv Bannon: Orta Şərqdə Yeni Nizamın Lideri Erdoğandır

ABŞ prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Bannon, sosial media üzərindən canlı yayımlanan “War Room” adlı proqramında diqqətçəkən açıqlamalar verib. Bannon, regionda Türkiyənin artan təsirini vurğulayaraq, Qəzzada yeni təhlükəsizlik tənzimləmələrinin mərkəzində Ankaranın yer alacağını qeyd edib.

Türkiyə Regiondakı Ağırlığını Bərpa Edir

Stiv Bannon qeyd edib ki, Türkiyə bölgədəki nüfuzunu yenidən bərqərar edir. O, "Osmanlı geri döndü. Erdoğan Qəzzada təhlükəsizlik qüvvəsinin başında olacaq" deyə vurğulayıb. Bannonun sözlərinə görə, Orta Şərqdə qüvvələr nisbəti kökündən dəyişib və yüz il əvvəl ləğv edilməsinə çalışılan nizam iki ay ərzində alt-üst edilib.

Yeni Orta Şərq Tərtibatı və Erdoğanın Liderliyi

ABŞ rəhbərliyinin Türkiyə və Qətərlə birbaşa təmasda olduğunu bildirən Bannon, "Sahədə təhlükəsizliyə Türkiyə cavabdeh olacaq. Qətər maliyyəni təmin edəcək, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı isə əsgər göndərəcək" deyə açıqlama verib. Bannonun sözlərinə görə, əgər bu gün bir “yeni Orta Şərq nizamından” söhbət gedirsə, bu nizamın lideri məhz Erdoğandır.

Netanyahu Layihəsinin Çöküşü və Erdoğanın Hərəkətləri

Netanyahunun “Böyük İsrail” layihəsinin sona çatdığını bildirən Bannon, "Bu layihə Netanyahunun üzünə partladı. İndi bölgə Erdoğanın atdığı addımlara uyğun olaraq formalaşır" ifadələrini işlədib. O, İsrail tərəfdarı dairələrə səslənərək, "Siz bu siyasətləri dəstəklədiniz, indi qarşınızda yeni bir güc balansı var: Türkiyənin öncüllüyü ilə yenidən qurulan Orta Şərq" deyə bildirib.

Türkiyə Böləgə Təhlükəsizliyinin Zaminidir

Ağ Evdə işləyərkən Orta Şərq siyasətinin memarlarından biri olan Bannon, Erdoğanın diplomatik və hərbi strategiyasının bölgəni yenidən müəyyənləşdirdiyini qeyd edib. "Erdoğan artıq sadəcə Türkiyənin deyil, bölgədəki təhlükəsizliyin də zaminidir" deyən Bannon, ABŞ-ın bu prosesdə Ankara ilə yaxın təmasda olduğunu vurğulayıb.

Osmanlı imperiyasının İrsı və Yeni Rol

Bannon çıxışında Türkiyənin tarixi təsirinə də toxunaraq, "Osmanlı emin addımlarla irəliləyirdi. Erdoğan da eyni səbirlə irəliləyir. Yüz il əvvəl ingilislər Osmanlıyı Qüdsdən, Dəməşqdən, Fələstindən çıxarmışdılar. İndi isə tablo tərsinə çevrilib" deyə bəyan edib. O, Türkiyənin yenidən regional gücə çevrildiyini vurğulayaraq, "Türklər uzun müddət səhnədən silinmişdi, lakin indi yenidən baş roldadırlar" ifadələrini işlədib.

Yeni Güc Balansı və Üçlü Nizam

ABŞ-lı siyasətçi bölgədə yaranan yeni güc balansına diqqət çəkərək, "Artıq üçlü bir nizam qurulur: Müsəlmanların dövləti, Xristian Qüds və Türk təhlükəsizlik qurşağı. Bu tablo, gələcək 30 ili formalaşdıracaq" deyə qeyd edib. Bannonun açıqlamaları Vaşinqtonda geniş əks-səda doğurarkən, bölgə mətbuatında da geniş yer alıb. Ekspertlər, Bannonun ifadələrini "Türkiyənin Orta Şərqdə yenidən mərkəzi ölkə mövqeyinə yüksəldiyinin etirafı" kimi şərh ediblər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz