Gündəm 20.10.2025

Meteorit sərnişin təyyarəsini vurdu: Kokpit dağıldı, pilot qan içində

Meteorit sərnişin təyyarəsini vurdu: Kokpit dağıldı, pilot qan içində
ABŞ-da United Airlines aviaşirkətinə məxsus Boeing 737 MAX tipli sərnişin təyyarəsinə 36 min fut hündürlükdə meteor dəyib. Denverdən Los-Ancelesə uçan təyyarədə zərbənin təsirindən kokpit şüşəsi çatlayaq, pilotlardan biri xəsarət alıb.

Utah Səmalarında Gözlənilməz Meteor Zərbəsi

Hadisə keçən cümə axşamı Utah səmalarında baş verib. United Airlines təyyarəsi uçuş zamanı qəfildən güclü bir toqquşma səsi ilə silkələnib. Kokpit şüşəsinin sağ üst hissəsinə dəyən cisim şüşənin bir hissəsini sındırıb. Qopan şüşə qırıntıları pilotun qolunda dərin kəsiklər əmələ gətirib, eyni zamanda bəzi idarəetmə panellərinə də ziyan dəyib.

Zərbədən sonra kokpit şüşəsinin tamamilə sınmaması böyük bir fəlakətin qarşısını alıb. Pilot sərnişinlərə “Təyyarəyə kosmik cism dəyib” elanını etdikdən sonra Salt Lake City Beynəlxalq Hava Limanına təcili eniş edib.

Fövqəladə Eniş və NTSB İstintaqı

Enişin ardından hadisə yerinə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri cəlb olunub. Aparılan ilkin araşdırmada, cismin şüşənin sağ üst küncünə böyük bir qüvvə ilə dəydiyi və metal çərçivədə də ciddi ziyan buraxdığı müəyyən edilib.

Təyyarəyə Dəyən Cismin Meteor Olduğu Ehtimalı Güclüdür

Rəsmilər toqquşan cismin kosmik tullantı ola biləcəyi ehtimalını nəzərdən keçirsələr də, ekspertlər meteor ehtimalının daha yüksək olduğunu vurğulayırlar. Elm adamlarının fikrincə, Yer atmosferinə hər il təxminən 17 min meteor daxil olur. Buna baxmayaraq, insan tərəfindən yaradılan kosmik tullantıların bu cür hadisələrə səbəb olma ehtimalı daha aşağıdır.

NTSB rəsmiləri şüşə və metal səthlərdəki izlərin ətraflı şəkildə təhlil ediləcəyini, bu sayədə cismin dəqiq mənbəyinin müəyyən ediləcəyini açıqlayıblar.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz